Sumqayıtda piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib

945

Sumqayıt şəhərində 81 yaşlı piyadanı vurub hadisə yerindən qaçan 17 yaşlı sürücü həbs edilib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, yol-nəqliyyat hadisəsi şəhərin Səməd Vurğun küçəsində baş verib. Naməlum avtomobil şəhər sakini, 1928-ci il təvəllüdlü Böyükağa Mustafayevi vuraraq hadisə yerindən qaçıb. 81 yaşlı kişi aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində mərhumun “Mercedes” markalı, 10 XH 282 dövlət nömrə nişanlı avtomobillə vurulduğu məlum olub. Hadisəni törədən 1991-ci il təvəllüdlü Ayaz Hacıəliyev isə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər