2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Sumqayıt şəhərində tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, polis idarəsinin şəxsi heyəti iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayıb.
Sumqayıt şəhər Polis İdarəsinin rəisi polkovnik Fəqan Azadəliyev Polis işçilərini bayram münasibəti ilə təbrik edib. Bildirib ki, Sumqayıt polisi şəhərimizdə baş verən hər cür hüquqazidd əməllərin qarşısını qətiyyətlə alır və bundan sonra daha da qətiyyətlə alacaqdır.
Tədbirdə Azərbaycan polisinin keçdiyi şərəfli yoldan bəhs edən məruzə dinlənilib.
Bildirilib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Ulu Öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı məhz bu diqqət və qayğınınbariz təcəssümüdür.
Tədbirdə polis orqanlarında səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər Polis İdarəsinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edilib.
Müzakirə qapadılmışdır.