Sumqayıtda qadını döyərək çantasını alanlar tutulub

701

Sumqayıt şəhər Corat qəsəbə sakini Tahirə Ağayevanı döyərək çantasını almaqda şübhəli bilinən Anar Hüseynov və Elxan Əliyev tutulub
Dekabrın 13-də saat 20.30 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 2 naməlum şəxs qəsəbə sakini Tahirə Ağayevanı döyərək içərisində 2.900 manat, 500 dollar, 1 ədəd mobil telefon, 2 ədəd bankomat kartı və evinin açarları olan çantasını ondan almışdır.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Köhnə Corat qəsəbə sakinləri Anar Hüseynov və Elxan Əliyev tutulmuşlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər