Dekabrın 7-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talasse-miyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün 2010-cu ildən bəri davamlı olaraq keçirilən növbəti qanvermə aksiyasına yekun vurulub.
“Azərikimya” İB-nin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən aparılan və üç gün davam edən qanvermə aksiyasının ilk iki günündə 5-6 dekabr tarixlərində Birliyin Etilen-polietilen zavodunun Etilen və Polietilen istehsalatlarından könüllü müraciət etmiş kimyaçılar müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra onların 150 nəfərindən qan götürülüb.
Aksiyanın üçüncü günündə – dekabrın 7-də isə Təmir-tikinti İdarəsinin və “Azərikimya” İB-nin baş ofisinin əməkdaşları minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada iştirak etmiş və yüzlərlə işçi qan verib.
Bununla da üç gün ərzində “Azərikimya” İB üzrə 300-ə yaxın kimyaçı bu xeyirxah aksiyada iştirak edərək, talassemiyalı xəstələrə dəstək nümayiş etdiriblər.
Qanvermə aksiyasında “SOCAR-Polimer” MMC-nin və “Karbamid” zavodunun bir qpur əməkdaşı, “Sumqayıt” Peşəkar Futbol Klubunun bəzi üzvləri və Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin bir neçə könüllüsü də iştirak edib.