Sumqayıtda qaz verilişində fasilə olacaq - XƏBƏRDARLIQ

1635

18 aprel tarixində Sumqayıt şəhərində təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən sumqayitxeber.com-a verilən məlumata görə, “Şəhər 4” diametri 530 mm-lik orta təzyiqli qaz kəmərində zəruri təmir bərpa işlərinin aparılması məqsədi ilə aprelin 18-də saat 10:00-dan işlər yekunlaşanadək şəhərin 10,11, 12, 16, 17, 18, 20, 21, 51, 52 mikrorayonlarında, 47, 48-ci məhəllələrində, “Yaşıl dərə” ərazisində, Saray qəsəbəsində, Novxanı və “Qurd dərəsi” bağlar ərazisində təbii qazın verilişində fasilə yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər