Sumqayıt şəhərində bir gün ərzində dəm qazından iki nəfər ölüb, 9 nəfər isə zəhərlənib.
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Katec qəsəbəsi, 17-ci məhəllə ərazisində, fərdi yaşayış evində yaşayan 55 yaşlı Sahib Mirzəyev və onun 50 yaşlı həyat yoldaşı Leyla hamamda çimərkən dəm qazından boğulublar.
Saat 04.30 radələrində isə şəhərin “Qurd dərəsi” bağlar massivində bağ evində yaşayan bir ailənin 9 üzvü dəm qazından zəhərlənib. Onlar 43 yaşlı Şahin Rzayev, onun həyat yoldaşı, 38 yaşlı Aidə, onların övladları – 17 yaşlı Günay, 16 yaşlı Aysel, 10 yaşlı Kənan və həmin evdə yaşayan 39 yaşlı Cəlil Cavadov, onun həyat yoldaşı, 33 yaşlı Afət, övladları, 12 yaşlı Sərxan və 10 yaşlı İsfəndiyar dəm qazından zəhərləniblər.
Hadisənin evdəki generatorun işlək vəziyyətdə qalması nəticəsində baş verdiyi ehtimal olunur.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az