Sumqayıtda qazilər üçün bayram süfrəsi təşkil edilib

1530

Sumqayıt şəhər İcra Hakimiyyəti bir qrup Qarabağ Müharibəsi qazilərinin iştirakı ilə bayram süfrəsi təşkil edib.
Bayram süfrəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları, Sumqayıt şəhəri “Cümə” məscidinin axundu Hacı Rauf Sərdarov, qazilər iştirak edib.

Çıxışçılar qazilərimizi Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.

Qazilər və ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər