Erməni təxribatının qarşısını alarkən yaralanan hərbçilərimiz Sumqayıtda ziyarət olunub-FOTO

519

Ölkəmizdə şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən Sumqayıt şəhərində də bu kateqoriyadan olan insanlar diqqət və qayğı ilə əhatə olunub.

Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 6 oktyabr 2021-ci il tarixində 569 nömrəli sərəncamı ilə yaradılıb. Tərkibi şəhər İcra Hakimiyyəti əməkdaşları, şəhid ailələri, qazilərdən ibarət olan Əlaqələndirmə Mərkəzinin nümayəndələri mütəmadi olaraq şəhid ailələri və qaziləri evlərində ziyarət edirlər. Onların problemləri ilə maraqlanıb, həlli istiqamətində mühüm addımlar atırlar.

Əlaqələnridmə mərkəzinin nümayəndələri, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatın qarşısını alarkən yaralanmış Azərbaycan Respublikasının hərbi qulluqçuları Kamal Xaləddin oğlu Cavadlını və Azər Feyruz oğlu Kazımovu ziyarət ediblər. Onlara sovqat və maddi yardım edilib. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər