Sumqayıtda qəribə cinayət

1050

Qadının evinə qonaq gəldi, əlini-qolunu bağladı, ağzına yapışqan vurdu…

Sumqayıt şəhərində qəribə hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Corat qəsəbəsində Fuad Xanməmmədov qohumu Qənifə Həsənovanın evinə qonaq gəlib.

F.Xanməmmədov gecə saatlarında Q.Həsənovanın əlini-qolunu bağlayıb, ağzına isə yapışqan bərkidib. O, daha sonra bıçağı götürərək qadını qorxutmağa və pul tələb etməyə başlayıb. Lakin niyyətinin həyata keçmədiyini görən qohum aradan çıxmaq qərarına gəlib.

F.Xanməmmədov saxlanılıb.
Nizam RZA, lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər