Sumqayıtda qeyri-rəsmi fəaliyyət göstərən “Dua evi”ndən müxtəlif dini vəsaitlər götürülüb

766

Sumqayıt şəhərində qeyri-rəsmi fəaliyyət göstərən “dua evi”ndən müxtəlif vəsaitlər götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi və Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının iyunun 12-də birgə həyata keçirdikləri tədbirlər nəticəsində Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində, H.Z.Tağıyev qəsəbə sakini Pavel Byakovun rəhbərlik etdiyi qeyri-rəsmi fəaliyyət göstərən “dua evi” aşkarlanıb. Oradan 4 min 645 ədəd dini bukletlər, 9 min 229 ədəd dini ədəbiyyat, 152 ədəd dini dərslik və 2 min 470 ədəd dini məzmunlu dəvətnamələr götürülüb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər