Sumqayıtda quşçuluq müəssisəsinin tullantılarını kanala axıdan şirkət rəhbəri cərimələnib

516

Sumqayıtda quşçuluq müəssisəsinin tullantılarını kanala axıdan şirkət rəhbəri cərimələnib.

Bu barədə “Report”a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə fəaliyyət göstərən quşçuluq müəssisəsində formalaşan tullantıların ərazidəki “Acıdərə” adlanan kanala atılması ilə bağlı quruma daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Araşdırma zamanı kanala axıdılan tullantıların yaxınlıqdakı “Murad Aqro” MMC quşçuluq təsərrüfatı müəssisəsinə aid olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilib və müəssisənin direktoru Maqsud Əlizadə vəzifəli şəxs qismində cərimə olunub.

Çatışmazlıqların aradan qaldırılması və istehsalat zamanı formalaşan tullantıların düzgün idarə olunması məqsədilə müəssisə rəhbərinə məcburi göstəriş verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər