Sumqayıtda radon qazını ölçən cihazlar quraşdırılır

866

Ölkə ərazisində-əhalinin məskunlaşdığı yerlərdə radon qazının miqdarını ölçən cihazlar quraşdırılır. AMEA Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Əliyev “Olaylar”a bildirib ki, dedektorların quraşdırılması bu həftə ərzində başa çatdırılacaq. Professorun sözlərinə görə, radonu ölçən cihazlar bütün bölgələrdə quraşdırılıır. Belə ki, Abşeronun 11 rayonunda, eləcə də Sumqayıt və digər şəhərlərdə, rayonlarda dedektorlar quraşdırılır.

Dedektorun hansı məkanlara yerləşdirilməsinə gəlincə isə, Ç.Əliyev bildirib ki, cihazlar əhalinin məskunlaşdığı binalarda, əsasən də birinci mərtəbələrdə yerləşdirilir. Qeyd edək ki, ümumilikdə 2500 dedektorun quraşdırılması nəzərdə tutulub. Professor cihazların iki aydan sonra yığılacağını və radonun miqdarını ölçmək üçün laboratoriyada analiz ediləcəyini bildirib. Mənbə: milli.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər