Sumqayıtda regional təhsil idarəsinin müdiri təhsil ictimaiyyətinə təqdim edilib

2056

Mayın 4-də təhsil nazirin müavini Firudin Qurbanov Sumqayıtda Abşeron-Xızı Regional İdarəsinin rəhbərini kollektivə təqdim edilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Sumqayıtdakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sumqayıt 1 nömrəli tam orta məktəbin akt zalında davam edən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Regional Təhsil İdarəsinin əhatə etdiyi Sumqayıt şəhəri, Abşeron və Xızı rayon təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.

Təhsil nazirin müavini Firudin Qurbanov yeni təyin olunan idarə rəhbərini təqdim edərək 2000-ci ildə Bakı Dövlət Universitetin riyaziyyat fakültəsini bitirən İlhamə Abdullayevanın əmək fəaliyyəti haqqında məlumat verib.

“Təhsil sahəsi dövlətin strateji istiqamətlərdən biridir. Hər bir ölkənin uğurlu inkişafını təhsilli vətəndaşları müəyyən edir” – qeyd edən nazir müavini Regional İdarənin tərkibində 138 minə yaxın şagirdin təhsil aldığını deyib: “Bu ölkə məktəblilərin ümumi sayının 10 faizini təşkil edir. Onlara müəllim ordusunun 7 faizi dərs deyir. Bu kifayət qədər böyük rəqəmdir. Buna görə hər bir işçi öz məsuliyyətini və rolunu ciddi qəbul etməlidir”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə təhsil sahəsinin inkişafı üçün görülən işlərdən danışıb, idarə rəhbərinə çətin və şərəfli işdə uğurlar arzu edib.

Sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva göstərilən yüksək etimada görə təşəkkürünü bildirib, qarşıda duran vəzifələri yerinə yetirmək üçün əzmlə çalışacağını bildirib.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər