Sumqayıtda rəsm müsabiqəsinə yekun vurulub

588

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi Sumqayıt Dövlət Rəsm Qalereyası Gənclər və İdman Baş İdarəsi ilə birgə 26 aprel 2013-cü il tarixində Qalereyada müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Mən kökümlə bu torpağa bağlıyam” adlı rəsm müsabiqəsi keçirmişdir.

Müsabiqədə şəhərin orta, məktəbdənkənar təhsil müəssisələrinin, həmçinin incəsənət məktəblərinin şagirdləri iştirak etmişlər. Məktəblilər verilən vaxt ərzində Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ərzində daim tərəqqisi üçün şalışdığı zəngin mədəniyyətimiz, böyük tarixi keçmişilə qürur duyduğu Vətənimizin tarixi abidələrini özündə əks etdirən rəsm işləri üzərində çalışmışlar.

Münsiflər heyətinin qərarına əsasən 10-13 yaş qrupunda I yerə V.İbrahim adına 35 №-li tam orta məktəbin şagirdi Mədinə Əhmədova, II yerə Ə.Bakıxanov adına uşaq incəsənət məktəbinin şagirdi Nərmin Məcidli, III yerə I.Qayıbov adına 1 №-li tam orta məktəbin şagirdi Fidan Quliyeva, 14-17 yaş qrupunda I yerə 27 №-li tam orta məktəbin şagirdi Aytac Rəşidova, II yerə Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şagirdi Sevda Mahmudova, III yerə 23 №-li tam orta məktəbin şagirdi Simuzər Əhmədzadə layiq görülmüşdür.

Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyran Axundova, Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə qalibləri təbrik edərək onlara uğurlar arzulamışlar.

Qaliblər Rəsm Qalereyasının, Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanları və hədiyyələrilə təltif edilmişlər.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər