Sumqayıtda rəssamların sərgisi olub

720

Sumqayıt Dövlət Şəkil Qalereyasında həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının əl işlərindən ibarət növbəti sərgi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə təşkil edilib.

İki gün davam edən sərgidə Abşeron rayonu, Bakı, Şuşa və Sumqayıt şəhərlərindən 20-dən artıq rəssamın 100-dən çox rəsm əsəri sərgilənib. Belə sərgilər indiyədək Cəlilabad, Balakən, Şabran və Gəncə şəhərlərində təşkil edilib. Sərginin yekununa həsr olunmuş tədbir sentyabrda Bakıda keçiriləcək.

Sərgidə fərqlənən əsərlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Moskva şəhərində təşkil olunacaq sərgidə nümayiş etdiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər