Sumqayıtda reydlər davam edir: cərimələnənlər var – VİDEO

2915

Sumqayıt şəhər İcra Hakimiyyətinin və Polis İdarəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizə tədbirlərini davam etdirirlər.

Qapalı məkanlarda keçirilən monitorinqlərdə işçi heyətinin vaksinasiya olub-olmamaqları yoxlanılıb. Vaksinasiyadan keçməyənlərlə profilaktiki söhbətlər aparılıb. Tədbir zamanı, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər. Bildirilib ki hər bir kəs Nazirlər Kabineti yanında Operativ qərargahın qoyduğu tələb və tövsiyələr ciddi şəkildə əməl etməlidir. Keçirilən reyddə antisanitar vəziyyətdə iribuynuzlu heyvan kəsən qəssab barəsində ciddi tədbir görülüb. Şadlıq saraylarında da aparılan yoxlamalar zamanı koronavirus pandemiyasına qarşı vaksin olunmayan sakinlərin toy mərasimində iştiraklarına qadağalar qoyulub.

Qeyd edək ki, pandemiya dövründə bu kimi reydlər davam etdiriləcək.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər