Sumqayıtda şagird müəllimini bıçaqladı

1325

Sumqayıt Prokurorluğunun əməkdaşları yanvarın 7-də saat 12.00-dan şəhərin 7-8-12-ci (birləşmiş) məhəlləsində yerləşən 18 nömrəli orta məktəbdədirlər. Bu təhsil ocağında bütün şəhəri sarsıdan hadisə baş vermişdir. Məktəbin ibtidai hərbi hazırlıq müəllimi, Sumqayıt sakini Ruslan Bəxtiyarova şagirdi dərs vaxtı çoxsaylı bıçaq zərbələri endirmişdir.
Sumqayıt hüquq mühafizə orqanlarında faktı təsdiq edərək bildirilmişlər ki, hadisə saat 11.45 radələrində baş vermişdir. 11-ci sinif şagirdi Kamran Hacızadə “4” qiyməti ilə razılaşmadığı üçün müəlliminin bədəninin müxtəlif nahiyələrinə 14 bıçaq zərbəsi vurmuşdur.
Zərərçəkən hazırda Sumqayıt təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsindədir. Klinikanın baş həkimi Vaqif Qəhrəmanovun sözlərinə görə, yaralının vəziyyəti ağır olaraq qalmaqdadır.
Sumqayıt Prokurorluğu hadisəni araşdırır.  AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər