Sumqayıtda şagirdlər “QİÇS-ə yox!” dedi

581

Sumqayıtdakı “Təfəkkür” liseyində “QİÇS-ə yox deyək!” devizi altında tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Sumqayıt Rayonlararası Narkoloji Dispanseri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi rəhbərlərinin iştirak etdikləri tədbirin məqsədi təhlükəli xəstəlik olan QİÇS-in yaranması, yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə-profilaktika üsulları barədə söhbət açmaqdan, ümumiyyətlə, dünyada bu virusun necə yayıldığı barədə tədbir iştirakçılarını məlumatlandırmaqdan ibarət olub.
Tədbirin gedişində liseyin şagirdləri QİÇS haqqında hazırladıqları materialları nümayiş etdirmişlər.
Çıxış edənlər belə bir mövzuda tədbirin keçirilməsinin nəinki şagirdlər, yeniyetmələr, eləcə də hər kəs üçün vacib olduğunu vurğulamışlar.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təlimatçısı Sevinc Manafova isə QİÇS haqqında hazırlanmış slaydları təqdim edib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Ətrabə Rzayeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər