Sumqayıtda şagirdlərdən maraqlı aksiya – FOTO

941

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu məqsədlə ölkəmizdə silsilə tədbirlər keçirilir. Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində də müxtəlif layihələr reallaşdırılır.
İlk olaraq şagirdlər təkrar emala göndəriləcək kitab və dəftərləri təqdim edərək məktəb qarşısında toplaşıblar. Daha sonra, aksiyanın məqsədi haqqında şagirdlərə məlumat verilib.

Liseyin müəllimi Günay Əhmədova sumqayitxeber.com-a bildirib ki, şagirdlərin bu cür tədbirlərdə iştirakı onların ətraf mühitə olan məsuliyyət hissini artırır. Gələcəkdə bu uşaqlar daha yaşıl və təmiz bir dünya qurmaq üçün lazımi bilik və bacarıqlara sahib olacaqlar. İl ərzində məktəbdə keçirilən tədbirlər həm şagirdlərin biliklərini artıracaq, həm də onları ətraf mühitə daha həssas yanaşmalarını təmin edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər