Sumqayıtda şəhid ailələri və qazilər ziyarət olundu -FOTOLAR

825

YAP Sumqayıt şəhər təşkilatının sədri və partiyanın bir qrup könüllüləri sumqayıtlı şəhid ailələrini və Vətən müharibəsi qazisini ziyarət etdilər
Azərbaycan dövləti daima öz vətəndaşlarına qayğı ilə yanaşır, onların rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi qarşıya qoyub və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri də daim dövlətin diqqət və qayğısı altındadır. Dövlət başçısı, hörmətli cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi iştirakçılarına, qazilərə, şəhid ailələrinə diqqət və qayğısı hər bir dövlət məmuru və sıravi vətəndaş üçün örnəkdir. Bu siyasətin davamı olaraq, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı sədrinin rəhbərliyi ilə partiya fəallarının və könüllülərinin iştirakı ilə vaxtaşırı Şəhid ailələri və Vətən müharibəsi qaziləri ziyarət edilir, onlara hörmət və ehtiram göstərilir. Bayramlarda, əlamətdar günlərdə şəhid ailələri və qazilərin ziyarət edilməsi artıq bir ənənə halını almışdır.
Mart ayının 21-də – qədim ənənələri özündə qoruyan Novruz bayramı münasibətilə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, şəhər təşkilatı aparatının işçiləri, partiya fəalları və könüllülər karantin qaydalarına riayət edərək əvvəlcə Şəhidlər xiyabanını ziyarət etmiş, onların məzarlarına tər çiçəklər düzərək qəhrəman şəhidlərimizin ruhları qarşısında baş əymişlər.
Sonra Vətən müharibəsi qazisi Qəhrəman Ağacanovu ziyarət edərək ona Vətən müharibəsndə göstərdikləri şücaətə görə təşəkkür etmişlər.
30 ildən sonra qələbə sevincli Novruz bayramında belə igidlərin böyük əməyi olduğunu bildirərək, bayram sovqatı vermişlər.
Şəhid İsmayılzadə Tacəddin, şəhid Rzayev Adil, şəhid Əhmədəliyev Kərim, şəhid Əliyev Eltun, şəhid Babayev Rahibin ailələrini ziyarət edib, Qarabağ qələbəli, Xarı-Bülbül qoxulu, bahar ətirli bayramımızın qeyd olunmasında belə igidlərimizin şücaətindən və qəhramanlığından danışıldı. Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan müqəddəs döyüşlərdə övladlarını itirən ata və analara, həyat yoldaşlarını itirən xanımlara, atalarını itirən övladlara öz ehtiramlarını bildirmişlər. Şəhidlərimiz kimi, onların valideynlərinin, ailələrinin və övladlarının da hər kəs üçün çox dəyərli olduqlarını qeyd etmişlər. Xalqımız qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərləimizi qürurla yad edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər