Sumqayıtda şəhidlərin ildönümü mərasimləri keçirilib – FOTOLAR

683

Sumqayıt şəhərində şəhidlərimiz – gizir Nəsibov Elmar Şirzad oğlunun, əsgər Cəbizadə Əbil Qadir oğlunun, Əhmədov Abdullah Əhməd oğlunun il mərasimləri keçirilib.

Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Millət vəkili Tahir Mirkişili, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, Sumqayıt şəhər Cümə Məscidinin Axundu Hacı Rauf Sərdərov, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər