Sumqayıtda sənaye zonasında genişmiqyaslı iməcilik keçirilib

614

Sumqayıt şəhərində növbəti təmizlik aksiyası uğurla həyata keçirilib. Şəhərin Səməd Vurğun küçəsinin sənaye zonası hissəsində təşkil olunan genişmiqyaslı iməcilik aksiyası çərçivəsində ətraf mühitin qorunması məqsədilə təmizlik işləri aparılıb. Əhəmiyyətli olan məqam odur ki, bu tədbir sənaye zonasını əhatə edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan aksiyada Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları fəal iştirak edib. Onlar gün boyu davam edən iməcilikdə yol boyunca təmizlik işləri görərək ərazidə yığılan tullantıları toplayaraq daşınmasını təmin ediblər. Təmizlik işləri zamanı müxtəlif növ məişət tullantıları, eyni zamanda alaq otları toplanaraq müvafiq poliqonlara daşınıb.

Şəhər İcra Hakimiyyətindən bildirilib ki sənaye zonalarında təmizlik işlərinin aparılması şəhərin ümumi ekoloji durumunun yaxşılaşdırılması və ətraf mühitin qorunması üçün vacibdir. Səməd Vurğun küçəsində həyata keçirilən bu iməcilik aksiyası da bu məqsədlərə xidmət edib.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər