Sumqayıtda sərnişin avtobuslarında ödəniş kart sistemi ilə olacaq

605

Sumqayıtda ictimai nəqliyyat vasitələri kart sisteminə keçir.

Oxu.Az xəbər verir ki, kart sisteminə keçilməsi üçün proses pandemiyadan əvvəl başlanıb.

Artıq sentyabrın 28-dən etibarən Sumqayıtda şəhər daxilində hərəkət edən bütün sərnişin avtobuslarında ödəniş qaydası kart sisteminə keçiriləcək.

Qeyd edək ki, buna qədər yalnız Ceyranbatan – Sumqayıt marşrut xətti üzrə hərəkət edən 9 nömrəli avtobuslarda kart sistemi tətbiq edilirdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Oxu.Az-a açıqlamasında bildirib ki, yeni alınan 206 sərnişin avtobusunun hər birində artıq validatorlar quraşdırılıb və sınaqdan keçirilib: “Ayın 28-dən xəttə buraxılan yeni sərnişin avtobuslarının hər birində sərnişinlər gediş haqqlarını kart sistemi vasitəsilə edəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər