Sumqayıtda silahlı insident

985

Anar Bayramlı qohumunu güllələdi

Sumqayıtda silahlı insident baş verib. Bu barədə “OLAYLAR”a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 10-da şəhərin Hacı Zeynəlabdin Tağıyev qəsəbəsində baş verib. İnsident iki qohum arasında baş vermiş mübahisə nəticəsində yaranıb. Qəsəbə sakini Amal Bayramlı sərxoş halda qohumu Həsən Əhmədovla mübahisə edib. Mübahisə nəticəsində Amal Bayramlı evə gedərək evindəki “Vinçester” markalı tüfəngini götürüb geri qaydıb və qohumunu yenidən söhbətə çağırıb. Həsən Əhmədov çağırışa çıxarkən həyətinin qarşısında güllələnib. Hadisə nəticəsində ayaq nayihəsindən yaralanan Həsən Əhmədov xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən Anar Bayramlı tutulub. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər