Sumqayıtda “Stress və stressdə yaranan xəstəliklər, depressiya və depressiyanın insanın psixoloji durumuna təsiri” movzusunda seminar keçiriləcək

933

stressSabah Sumqayıt şəhərində İREX İcma Məlumat Mərkəzinin təşkilatçılığı ilə “Stress və stressdə yaranan xəstəliklər, depressiya və depressiyanın insanın psixoloji durumuna təsiri” movzusunda seminar keçiriləcək.

Mərkəzin admistiratoru Günel Rəcəbovanın sumqayitxeber.com saytına verdiyi məlumata görə  tədbirin məqsədi, iştirakçıları depressiya, stress barədə məlumatlandırmaq, stressin yaranma səbəbləri, törətdiyi fəsadlar, depressiyadan çıxma yolları barədə iştirakçıları maarifləndirmək və müzakirə olunan mövzuya diqqəti artırmaqdır.

Qeyd edək ki, seminar Sumqayıt şəhəri, Azərbaycan prospekti 6, 12 saylı uşaq kitabxanasında 12 fevral saat 12:00- 13:00  tarixində keçiriləcək. Mərkəzlə əlaqə saxlamaq istəyən şəxslər (018) 64 5 66 12  zəng edə bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər