Sumqayıtda “Tiamo kids” Dahi Uşaqlar Mərkəzinin yeni filialı fəaliyyətə başladı – FOTOLAR

3323

Sumqayıtda yerləşən “Tiamo kids” Dahi Uşaqlar Mərkəzinin yeni filialı fəaliyyətə başlayıb.

12-ci mk/r., Koroğlu prospekti 27A (Okean binasının yanı) ünvanında yerləşən mərkəzin açılış mərasimini tanınmış teleaparıcı Mətanət Əlverdiyeva aparıb.

Mərasimdə çıxış edən mərkəzin direktoru İradə Xəlilova təhsil müəssisəsinin fəaliyyəti, xidmətləri və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Tədbirdə ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Çıxış edən qonaqlar mərkəzin fəaliyyətini yüksək qiymətləndirib, yeni filialın da eyni nailiyyətləri təkrarlayacağına əminliklərini ifadə ediblər.

Azyaşlıların mental bacarıqları, rəqs nümunələri də maraqla qarşılanıb. Klounlar və cizgi qəhrəmanları uşaqlları əyləndirdilər.

Daha sonra qonaqlar yüksək səviyyədə qurulmuş mərkəzin otaqları ilə tanış olublar, onlara yeni binanın imkanları barədə məlumat verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər