Sumqayıtda tibb ocaqları ən müasir cihazlarla təchiz olunur - DOĞUM EVİNDƏN REPORTAJ

3607

Son illər Sumqayıt şəhərində səhiyyə infrastrukturunun yenidən qurulması, tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər uğurla davam etdirilir.

Son bir neçə il ərzində 1 saylı Doğum Evi ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Doğum evində cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri da fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi, intensiv terapiya palatası da yaradılıb. Az çəkili, kritik və yarımçıq doğulmuş uşaqlara səhiyyə ocağında qulluq göstərmək üçün bu ilin yanvar ayından hər bir şərait yaradılıb.
Doğum evinin mama-ginekoloji şöbəsində doğuş zalı, cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Neonatoloji bölmə də ən son texnoloji cihazlarla təchiz edilib. Qəbul şöbəsində gözləmə zalı da yaradılıb, yumşaq oturacalar qoyulub.
Doğum Evindəki laboratoriylar ən son texnoloji avadanlıqlarla təhciz olunub. Səhiyyə ocağında həm tibbi heyət, həm də xəstələr üçün yeməkxana otağı da var. Yanğından mühafizə sistemi, təhlükəsizlik kameraları da quraşdırlıb. Tibb ocağıının həyəti abadlaşdırılıb, asfalt vurulub, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

sumqayitxeber.com Doğum Evindən hazırlanmış video reportajı təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər