Sumqayıtda tükürpədici intihar

887

Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, bu gün saat 01:00 radələrində İnşaatçılar qəsəbəsində yaşayan 25 yaşlı Asim Mahmudov yaşadığı evdə bıçaqla boğazını doğrayaraq özünə qəsd edib. O, əməlini hamamda həyata keçrib. Ailə üzvlərinin gözündən yayınan A.Mahmudov hamamda yuxu damarını kəsib. O, güclü qanaxma ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər