SUMQAYITDA ÜÇ UŞAQ ATASI ÖZÜNÜ ASDI

703

Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib. Hadisə srağagün gecə şəhərin 13-cü mikrorayon ərazisi, ev 57, mənzil 5 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 57 yaşlı Ramazan Aslanov evin mətbəxində özünü asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər