Sumqayıtda unikal addım: istifadəsiz geyimləri bu qutuya atın – VİDEO

1216

Sumqayıt şəhərinin əksər yerlərinə xüsusi tullantı qabları qoyulub. Bu qutulara yığılan tullantılar təkrar emal olunacaq. Bu yolla şəhərin ekoloji təmizliyinin qorunmasına tövhə veriləcək.

Şəhərin bir çox yerində üzərinə istifadə olunmuş geyim, ayaqqabı və tekstil yazısı olan qutular qoyulub.
Bu qutular əsasən insanların daha sıx yaşadığı binaların qarşısına yerləşdirilib. Sakinlər istifadəsiz geyim əşyalarını daha zibil qutularına deyil, bu qablara atmaqla ekoloji çirklənmənin qarşısının alınmasında iştirak edəcəklər
Sumqayıt Şəhər Təmizlik Departamenti tərəfindən müxtəlif ərazilərdə yerləşdirilən bu qutulara toplanan tullantılar aidiyyəti üzrə təhvil veriləcək.
Gələcəkdə qutuların sayının artırılması nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər