Sumqayıtda uşaq bezi istehsal ediləcək

903

“Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsində uşaq bezi istehsalına başlanılacaq”.

Bu barədə “Report”a şirkətin rəhbəri Səkinə Babayeva bildirib.

Onun sözlərinə görə, müəssisədə istehsal davam edir: “Lakin biz maska istehsalı ilə yanaşı digər istehsal sahəsinə keçmək istəyirik. Müəssisədə olan 4 istehsal xəttindən iki xətt uşaq bezi üzrə istehsal sahəsinə keçiriləcək”.

S.Babayeva qeyd edib ki, son bir ayda müəssisədə 3 milyon 200 min maska istehsal edilib: “Hazırda ehtiyatda 5 milyon ədəd tibbi maskamız var. Həmçinin, 10 milyon ədəd tibbi maska üçün xammalımız var. Satışımız kəskin azalıb. Ümid edirik ki, metronun açılması ilə müəyyən qədər satışlarımız artar. Lakin tibbi maska strateji məhsul olduğuna görə biz burda mənfəəti düşünmürük. Əsas hədəfimiz təlabatı ödəməkdir”.

O əlavə edib ki, müəssisədə antibakterial tibbi maskalar istehsal olunuronların satış qiyməti 8- 12 qəpik arasıdır.

Xatırladaq ki, müəssisə 2020-ci ilin aprelin 6-da açılıb. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib. Pandemiya başlanandan bu ilin aprelinə qədər 38,6 milyondan çox tibbi maska istehsal olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər