Sumqayıtda Ümumilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib- FOTOLAR

1388

Sumqayıt şəhər Heydər Əliyev mərkəzində Ümumilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir 41 nömrəli körpələr evi uşaq baxcasının  kollektivi tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə açan baxçanin müdiri Mehriban İsmayilova  Ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib,  Ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıb.

Qeyd olunuv ki,  Ulu öndərin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır.

Daha sonra uşaqlarının hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər