SUMQAYITDA VAKANSİYA: Rəis müavini vəzifəsinə işçi axtarılır - Vəzifə maaşı 789 AZN

2757

sumqayitxeber.com xəbər verir ki, Azəriqaz İstehsalat Birliyi Sumqayit Qaz Istismar Sahəsi Təbii qazın qəbulu və satışı şöbəsinə rəis müavini vakansiyasını elan edib.

Vakansiyanın adı Rəis müavini (Təbii qazın qəbulu və satışı şöbəsi, Sumqayıt şəhəri)
Vakansiyanın elan tarixi 12.02.2018
Son müraciət tarixi 20.02.2018
Müəssisənin adı Azəriqaz İstehsalat Birliyi
Struktur vahidinin adı Sumqayit Qaz Istismar Sahəsi
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi MJ
Vəzifə maaşının məbləği 789AZN
Əlavə ödənişlər SOCAR-ın müvafiq Qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə yemək xərci əvəzinə 3 manat əlavə vəsait ödənilir.
İş yerinin ünvanı AZ 5000; Sumqayıt şəhəri, 40a məhəllə
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Quruda
Təhsil İstiqaməti Sahə üzrə
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə – 5 ildən yuxarı;
Tələb olunan kompüter bilik səviyyəsi Word – yaxşı; Excell – yaxşı;
Tələb olunan xarici dil bilik səviyyəsi
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları •İdarə, müəssisə, dövlət, qeyri-dövlət, özəl, səhmdar cəmiyyətlər və eləcə də təbii qazdan isifadə edən əhali abonentləri ilə müqavilələrin vaxtında və düzgün bağlanmasını həyata keçirmək;
•Təbii qazdan istifadə edən bütün növ qrup istehlakçılarının müqavilə şərtləri əsasında qaz təchizatına nəzarət etmək;
•Müqavilə şərtləri üzrə ödənişləri vaxtında aparmayan (mühasibat şöbəsinin arayışı əsasında) təbii qazdan istifadə edən bütün obyektlərə təbii qaz verilməsinin dayandırılmasını təmin etmək;
•İstifadə edilən qazın hesabatında aparılmış səhvlərə, müqavilə şərtlərinin pozulma hallarına rast gəldikdə ayrı-ayrı aqreqatlara, eləcə də obyektə təbii qazın verilməsinin tam dayandırılmasını həyata keçirmək;
•Sənaye, büdcə, kommunal-məişət, dövlət, qeyri-dövlət obyektlərinin, istismar olunan qaz avadanlıqlarının və cihazların, o cümlədən qaz sayğaclarının sayına, markasına, həcminə və işlətdiyi qazın normasına və ya sayğacın göstəricisinə uyğun olaraq qəbul edilmiş təbii qazın paylanmasının (satışının) qeydiyyatını aparmaq;
•Növbəti ildə təbii qazdan istifadə edilməsi üçün rəsmi sifariş verən müəssisə, təşkilat və obyektlərlə müqavilələrin cari ilin noyabr-dekabr ayları ərzində bağlanmasını təmin etmək;
•İstehlakçılar ilə bağlanmış müqavilələrin şərtlərinə əsasən istehlakçı tərəfindən tələb (sifariş) olunan qazın verilməsinin limit çərçivəsində tənzimlənməsini və qazın balansının tərtib edilməsini təmin etmək;
•Hər ay “Hesab-Faktura”ların düzgün tərtib edilməsinə, vaxtında istehlakçılara çatdırılmasına nəzarət etmək;
•İstifadə etdiyi qazın haqqının istehlakçı tərəfindən ödənilməsinin, ödənişlərin istifadə edilən qazın həcmi ilə mütənasibliyinin qeydiyyatını aparmaq, bu göstəricilərin məcmusunu, aylıq toplu və hesabatların hazırlanmasını təmin etmək;
•Yaranmış debitor və kreditor borclarının dəqiq qeydiyyatının aparılmasına, istehlakçılarla üzləşmə aktlarının tərtib və təsdiq olunmasına nəzarət etmək;
•Hesabatlarda, məcmu toplularda aşkar edilən hər hansı səhv, kənarlaşma və ya anlaşılmazlığın operativ şəkildə yerində araşdırılmasını və müəyyən edilmiş qaydada sənədləşdirilməsini (aktlaşdırılmasını) təmin etmək;
•Hesabat ayı ərzində satılmış təbii qazın həcminə uyğun hesablanmış və ödənilmiş məbləğ haqqında məlumatların dəqiq qeydiyyatını aparmaq, qeydiyyatın məcmusunu mühasibatlığın yekun hesabatı ilə üzləşdirmək, aşkar edilmiş kənarlaşmaları araşdırmaq, sənədləşdirmək və yuxarı təşkilatın müvafiq şöbəsinə rəsmi məlumat verilməsi üçün ilkin sənədləri hazırlamaq;
•Təbii qazın satışından (şəhərə və ya rayona təbii qaz təchizatı bərpa olunduğu vaxtdan başlayaraq) yaranmış debitor borclarının mütəmadi olaraq azaldılması üçün tədbirlər görmək;
•İstismarda olan dövlət, qeyri-dövlət və sənaye müəssisələrinin qaz xətlərinə və avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək;
•Şöbə işçilərinə dövlət, qeyri-dövlət və sənaye müəssisələrinin təbii qazla normal və təhlükəsiz təchiz olunması məsələləri barədə təlimat keçmək;
Bilməlidir •Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nı;
•“Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
•“Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nı;
•Xidmət olunan ərazinin qaz təchizatını həyata keçirmək üçün istismar olunan qaz kəmərlərinin sinfini və növlərini;
•Ölçü cihazları və ölçü qovşağı barədə məlumatları;
•Sənaye qaz qurğularının saatlıq qaz sərfi barədə məlumatları;
•İstehlakçılarla üzləşmə aktlarının tərtib edilməsi qaydalarını;
•Əhali və qeyri-əhali abonentləri ilə qaz təchizatı barədə müqavilələrin bağlanması qaydalarını.
Tələb olunan digər bilik və bacarıqlar İş təcrübəsi dedikdə sahə üzrə mühəndis və rəhbər vəzifələrdə iş təcrübəsi nəzərdə tutulur.
Son müraciət tarixi 20.02.2018

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər