Sumqayıtda “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilib

696

10 oktyabr 2023-cü il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Mediasiya Şurasının tədbirlər planı çərçivəsində Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri və Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatorları tərəfindən “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dekan müavini, təlimçi mediator Günel Sadiqova və Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü, təlimçi, vəkil-mediator, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov da iştirak etmişlər.
Tədbirdə çıxış edən Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov və Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dekan müavini, təlimçi mediator Günel Sadiqova və vəkil mediator, Bakı 18 saylı Mediasiya təşkilatının rəhbəri Sadiq Bağırov AR Vəkillər Kollegiyası və Mediasiya Şurası tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişlər. Eyni zamanda ekspertlər vəkillərin və mediatorların mediasiya prosesi və onun nəticəsində əldə edilən sənədlərlə əlaqədar sualları cavablandırılmış, hüquqi yardım və mediasiya xidməti sahəsində vəkillərin və mediatorların birgə əməkdaşlığı sayəsində indiyədək əldə edilmiş uğurlu nəticələr, bəzi maraq toqquşmalarının baş vermə səbəbləri və onların peşəkarcasına aradan qaldırılması yolları, müraciət edən şəxslərin məmnunluğunun təmin olunması üçün üsul və vasitələrdən qanunvericilik çərçivəsində istifadə edilməsi müzakirə edilmiş və bu istiqamətdə birgə əməkdaşlığın həm hüquqi yardım, həm də mediasiya xidməti sahəsində vəkillərin və mediatorların nüfuzunun və fəaliyyətinin səmərəsinin artmasına, nəticə etibarilə Dövlətin aparılan islahatların tərkib hissəsi olan hüquqi yardım və mediasiya xidməti sahəsindən gözləntilərini doğrultmağa kömək edəcəyi vurğulanmışdır.
O cümlədən, tədbirdən sonra vəkil Anar Qasımlının hüquqi yardım göstərdiyi mediasiya işi üzrə Sumqayıt 1 saylı mediasiya təşkilatının mediatoru Qabil Əsgərovun mediatorluğu ilə barışıq sazişi bağlamış, həmçinin müraciət edən digər vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya üzrə məsləhətlər verilmişdir.

    

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər