Sumqayıtda xatirə turnirinə start verilib – FOTO

1102
Bu gün Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə M.Hüseynzadə adına şəhər stadionunda Azərbaycan Respublikasının Əməkdar məşqçisi Tofiq Məmməd oğlu Rzayevin xatirəsinə həsr edilmiş futbol üzrə 2010-cu il təvəllüdlü yeniyetmələr arasında Respublika turnirinə start verilib.
Tədbirin açılış mərasimində çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin Bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, “Sumqayıt” Peşəkar Futbol klububun vitse-prezidenti Vaqif Ömərov, Veteran futbolçu, “Tərəqqi” medalçısı Telman Salahov yarış iştirakçılarını və qonaqları salamlayıb, T.Rzayevin futbol idman növünün təbliği, inkişafı və coğrafiyasının genişləndirilməsində xidmətlərindən danışıb, onlarla idmançının üzə çıxarılmasında və yetişdirilməsində müstəsna əməyi olduğunu qeyd ediblər.
T.Rzayevin oğlu Rauf Rzayev atasının xatirəsinə həsr edilmiş turnirin təşkili və keçirilməsinə yaxından köməkliyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və Sumqayıt şəhər İcra hakimiyyəti rəhbərliyinə, həmçinin yarışa qatılmış komandalara ailə üzvləri adından dərin minnətdarlığını bildirib
Turnirdə Sumqayıtın eyni adlı Futbol Klubu, “Sumqayıtspor” Futbol Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbi, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbi, “Gənclik – 95” Futbol Klubu, Bakının “Zirə”, “Sabah” və “Leon” Futbol Klubları ilə yanaşı Fizuli rayonunun “Ərgünəş” Futbol Klubu, Şabran, Siyəzən şəhər və rayonlarının komandaları qalib adı uğrunda mübarizə aparacaq.
Turnirin qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olunacaqlar.

Sumqayıtda xatirə turnirinə start verilib - FOTO

Sumqayıtda xatirə turnirinə start verilib - FOTO

Sumqayıtda xatirə turnirinə start verilib - FOTO

Sumqayıtda xatirə turnirinə start verilib - FOTO

Sumqayıtda xatirə turnirinə start verilib - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər