Sumqayıtda “Xəmsə” Milli İntellektual Oyunu üzrə seçim turu keçirilib

860

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 16 aprel 2013-cü il tarixində Sumqayıt şəhərində “Ağsaqqallar Evi”ndə “Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan Çempionatının Abşeron zonası üzrə zona seçim turu keçirilmişdir. Bu barədə sumqayitxeber.com saytına Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin  Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə məlumat verib.

Oyunda yaşı 18-dən 29-dək olan gənclərdən ibarət, hər birində 5 əsas və 2 ehtiyat oyunçu olan komandalar iştirak etmişdir. Zona birinciliyində Abşeron rayonunun 1 və Xızı rayonunun 1 komandası ilə yanaşı Sumqayıt şəhərini təmsil edən 3 komanda – şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində “Sumqayıt İntellekt Mərkəzi” Klubunun “Ego”, “Bella Chao”, “Kaspi” və “Bir qalanın sirri” komandaları iştirak etmişdir.

Gərgin mübarizədən yarışın nəticələrinə əsasən Yarışda şəhərimizin “Bir qalanın sirri” komandası 1-ci, “Ego” 2-ci, “Bella Chao” komandası 3-cü, Abşeron rayonunun “Qafqaz” komandası isə 4-cü yerə layiq görülmüşdür. Sumqayıt şəhərini təmsil edən və 1-ci, ci, 3-cü yerləri tutmş komandaları “Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan Çempionatının cari ilin may ayında Bakı şəhərində keçiriləcək Final mərhələsinə vəsiqə qazanmışdır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər