Sumqayıtda Xəstəxanada baş verən yanğın söndürülüb- FOTO

1073

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın xəbərinə görə, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

Sumqayıtda xəstəxanada yanğın zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, tüstüdən zəhərlənənlər təcili tibbi yardıma müraciət edib. Ümumilikdə 81 xəstə, 16 işçi təxliyə olunub.

TƏBİB-dən isə bildirilib ki, ilkin məlumata görə, xəsarət alan yoxdur.

Ətraflı məlumat veriləcək.

***

saat 19:33

Sumqayıtda xəstəxana yanır.

APA-nın yerli bürosunun məlumatına görə, 4 nömrəli Sumqayıt şəhər xəstəxanasında yanğın başlayıb.

Əraziyə 10-a yaxın yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Xəstələr təcili tibbi yardım maşınları vasitəsilə təxliyə edilir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər