Sumqayıtda yaşlı kişi yolun ortasında müəmmalı şəkildə dünyasını dəyişib.
“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə günorta saatlarında, H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib.
Belə ki, adı hələ ki açıqlanmayan, təqribən 63-65 yaşlarında kişi qəsəbədə idarə etdiyi “Kamaz” markalı yük maşınından düşdükdən sonra müəmmalı şəkildə ölüb.
Onun ürəktutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.