Sumqayıtda yeni İŞ ELANI - Əmək haqqı 300 AZN

3338

Kargüzar (Sumqayıt)

Vəzifə öhdəlikləri:

– Sənədlərlə işləmək (müqavilə, aktlar,təhvil-təslim və sair kargüzarlığa aid sənədlər)
– Müəssisənin rəhbərlərinin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verib, qeydiyyatlarını rəsmiləşdirmək
– Xaric olan sənədlərin ünvana çatdırılmasına nəzarət etmək, daxil olan sənədləri müvafiq strukturlara çatdırmaq

Tələblər

– Ali təhsil
– Yaş həddi: 25-35 yaş
– Azərbaycan və rus dilini bilməli
– Əmək məcəlləsi ilə tanış olmalı
– MS Office proqramları üzrə biliklər
– Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
– Fərdi və komandada işləmək bacarığı
– Dəqiq və sürətli işləmək bacarığı
– Sumqayıt qeydiyyatlı namizədlərə üstünlük verilir

İş şəraiti:

– İş yeri Sumqayıt şəhərində yerləşir.
– Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər.
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir.
– İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır.

Əmək haqqı 300 AZN

Maraqlananlar öz CV formalarını hrdcvacancy17@gmail.com ünvanına göndərə bilər.

Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər