Sumqayıtda yeni müasir avtobus dayanacaqları quraşdırılıb

333

Sumqayıt şəhərində nəqliyyat infrastrukturunun yenilənməsi və sərnişin daşımalarının daha rahat təşkili istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Son illər şəhərdə ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi, yeni və komfortlu avtobusların marşrut xətlərinə cəlb olunması, sərnişinlərin rahatlığının təmin olunması məqsədilə ardıcıl layihələr icra olunur.
Görülən işlərin davamı olaraq şəhərin müxtəlif ərazilərində yeni müasir avtobus dayanacaqlarının quraşdırılmasına başlanılıb. Sakinlərin gündəlik istifadəsi üçün nəzərdə tutulan dayanacaqlar müasir standartlara uyğun şəkildə hazırlanıb və sərnişinlərin rahat gözləmə imkanlarını artırmağa xidmət edir.
Yeni dayanacaqların mərhələli şəkildə digər ərazilərdə də quraşdırılması nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər