Cari ilin fevral ayından etibarən Sumqayıt şəhərində Corat qəsəbəsinin, eyni zamanda şəhərin Çerkassı küçəsinin təbii qazla tam təmin edilməsi məqsədilə yeni qaz xətləri çəkilir.
Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərin Çerkassı küçəsindən başlayaraq 18, 20 və 21-ci mikrorayonlarına qədər ərazini əhatə edəcək yeni qaz xəttinin uzunluğu 3500 p/m, Corat qəsəbəsinin 1 və 2-ci məhəllələrini əhatə edəcək yeni qaz xəttinin uzunluğu isə 3000 p/m olacaq.
Yeni qaz xətlərinin çəkilişi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilir.