Sumqayıtda yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb

1151

Sumqayıtda 55 yaşlı kişi ağır yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, aprelin 1-də Tağıyev Faiq Təriş oğlu yolu keçərkən onu maşın vurub. Məlum olub ki, yol qəzası qurbanı kitabxana direktoru işləyib.

Xəsarət alan piyada Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Klinikanın baş həkimi Rauf Sadıqovun sözlərinə görə, həkimlərin bütün səylərinə baxmayaraq, F.Tağıyev aprelin 4-də gecə dünyasını dəyişib.

Faktla bağlı şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər