Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinə başlanılıb.
Sumqayıt şəhərinin girişindən “Sumqayıt stansiyası” yaşayış massivinə gedən yolda və ətraf yaşayış massivlərində yol infrastrukturu yenidən qurulur. Hazırda bu ərazidə asfaltlanma işləri həyata keçirilir.
Asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.
Qeyd edək ki, son illər Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun qurulması istiqamətində mühüm layihələr həyata keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanış tədbirlər planına uyğun olaraq prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.
Müzakirə qapadılmışdır.