Sumqayıtda “Yolunu paylaş” adlı velo-yürüş keçirildi – FOTOLAR

853

Təbiət Dostları GT-nın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidendi yanında QHT-lərə Dəstəyi Şurasının maliyyə dəstəyi və “Sağlam Düşüncə” Gənclər Təşkilatının tərəfdaşlığı ilə “Yolunu Paylaş” sürücülər və velosipedçilər arasında maarifləndirmə layihəsin çərçivəsində Sumqayıt şəhərində də maarifləndirmə işi təşkil edilib.
29 Sentyabr 2017-ci il tarixində Sumqayıt şəhərində təşkil edilən maarifləndiriçi görüşdə sürücü və velosiped istifadəçiləri Sumqayıt Şəhər Polisi İdarəsinin rəsmiləri ilə görüşüblər. Görüş zamanı nəqliyyat istifadəçiləri yol hərəkatı qaydaları və onların hüquq və vəzifələri haqqında söhbət aparılıb. Maraqlı müzakirə şəklində aparılan görüşdə tədbir iştirakçıları öz suallarına da cavab tapdılar.
30 sentyabr 2017-ci il tarixində isə layihə çərçivəsində həvəskar velosipedçilərin iştirakı ilə Sumqayıt şəhərində Velo-yürüş təşkil edilib. Heydər Əliyev parkından start götürən və Nəsimi parkında yekunlaşan Velo-yürüşdə Bakıdan və Sumayıtdan 50-ə yaxın həvəskar velosipedçi iştirak edib. Yürüş şəhərin mərkəzi küçələrindən və Dəniz kənarı bulvardan keçməklə 16 km-lik marşurutu əhatə edib. Yürüşdə layihənin mesajını təbliğ etmək üçün yürüş iştirakçıları “YOLUNU PAYLAŞ” şuarı əks edilmiş köynəklərlə təmin edilmişdilər. Yürüşün təhlükəsizliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən təmin olunurdu.
Layihənin məqsədi sürücülər və velosiped istifadəçiləri arasında onların hüquq və vəzifələri haqqında maarifləndirmə işi aparmaq və velosipedi nəqliyyat vasitəsi kimi təbliğ etməkdir. Layihə müddətində Bakı və Sumqayıt şəhərlərində Dövlət Yol Polis əməkdaşları ilə sürücü və velosipedçilərin görüşü təşkil ediləcək və hər iki şəhərdə velo yürüşün keçirilməyi nəzərdə tutulmuşdur. Görüşün keçirilməyində məqsəd sürücülər və velosiped istifadəçiləri arasında velosipedçilərin mərkəz yollardan istifadə qaydaları haqqında maarifləndirmə işini təşkil etmək, hər iki tərəfə hüquq və vəzifələri haqqında dolğun məlumat çatdırmaqdır.
Layihə çərçivəsində növbəti velo-yürüş 22 oktyabr 2017-ci il tarixində Bakıda keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər