Sumqayıtda yüksək vəzifəli şəxs işdən azad edildi

2889

Sumqayıtda məmur tutduğu vəzifədən azad olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri İsmayıl İsmayılov tutduğu vəzifədən azad olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir əvəzi Fazil Talıbov şöbə müdirinin işdən azad olunduğunu təsdiqləyib: “İsmayıl İsmayılov öz ərizəsinə əsasən, pensiya yaşı çatdığı üçün işdən azad olunub. Hələlik müdir vəzifəsinə təyinat olmayıb. Yaxın 2 gün ərzində yeni təyinat olacaq”.
Xeberle.com-un əldə etdiyi məlumata görə isə DSMF-nin Sumqayıt şəhər şöbəsinin müdiri postuna Xətai rayonu DSMF-nun müdiri Firdovsi Bədəlov təyin olunacaq. Artıq onun müdir vəzifəsini müvəqqəti icra etdiyi bildirilir. xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər