“Sumqayıt”dan 2 yeni transfer

607
“Sumqayıt” növbəti transferlərini reallaşdırıb.Sportal.az xəbər verir ki, Xəyal Mustafayev və Elçin Xəlilov Bernhard Raabın rəhbərliyi altında çıxış edəcək.
Karyerası ərzində MOİK (16 oyun), “Kəpəz” (23 oyun), “Gəncə” (15 oyun), “Xəzər” (7 oyun, 1 qol), “Turan” (7 oyun), “Olimpik” (23 oyun, 1 qol) və heyətində 2 dəfə Azərbaycan çempionu olduğu “İnter”in (93 oyun, 5 qol) şərəfini qorumuş Xəyal yeni klubla 1 illik müqavilə imzalayıb.
“Qarabağ”, “Gənclərbirliyi” son olaraq isə “Simurq”da forma geyinmiş Xəlilov isə “Sumqayıt”la 2 illik müqaviləyə imza atıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər