Sumqayıtdan Bakıya metrobuslar açıla bilər- YENİ LAYİHƏ

1223
Bakı ilə Sumqayıt arasında daha böyük tutumlu nəqliyyat vasitələrinin –  metrobusların istismara verilməsi planlaşdırılır. sumqayitxeber.com fed.az-a istinadən məlumat verir ki«Xaliq Faiqoğlu» şirkətinin rəhbəri Faiq Seyidovun sözlərinə görə, şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – AYNA ilə birgə bir sıra perspektiv layihələri nəzərdən keçirir.

 

“Bunlardan biri Bakı və Sumqayıt arasında metrobusların (Türkiyə istehsalı olan “OTOKAR” markalı 22 ədəd 21 metrlik elektrikmühərrikli metrobus nəqliyyat vasitəsi) istifadəyə verilməsi ilə bağlı layihədir. Bu layihə reallaşarsa, iki böyük şəhər arasında dayanıqlı və keyfiyyətli sərnişindaşımanın həyata keçirilməsi istiqamətində böyük addım olacaq. İnanırıq ki, bu kimi mütərəqqi ideyalar qısa vaxtda həyata keçəcək və nəqliyyat şəbəkəsinin inkişafına dəstək olacaq”, – Seyidov əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər