Sumqayıtdan şikayətlər artır

579
Qarlı hava şəraiti Sumqayıt yollarını iflic edib. Bu barədə qarlı hava şəraitinə və yolların bağlı qalmasına görə işə gələ bilməyən FaktXeber.com-un əməkdaşı məlumat verib.
Məlumatda bildirilir ki, şəhərdə cəmi bir neçə avtobus fəaliyyət göstərir. Yolların təmizlənməməsi səbəbindən yaxın saatlarda onların da işləməyəcəyi gözlənilir. Şəhərin yollarında bir neçə qəza baş verməklə yanaşı onlarla şəxsi avtomobil bataraq yollarda qalıb. Şaxtalı və qarlı havanın yaratdığı problemlərlə bağlı şəhər icra hakimiyyəti tərəfindən hələ ki, hər hansı bir tədbir görülməyib.
Onu da qeyd edək ki, yolların bərpad olması səbəbindən paytaxt Bakıda çalışan şəhər camaatı işə gedə bilməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər