Sumqayıtın 70 illiyi ilə bağlı bir neçə müsabiqəyə start verildi

933

Sumqayıtın 70 illiyi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi ilə bağlı hazırlıq işləri görülür. Konkret.az xəbər verir ki, bu arada sosial şəbəkələrdə, o cümlədən facebook səhifəsində şəhərin yubileyinə həsr olunan “Sumqayıt-70 səhifəsi yaradılıb. Səhifədə ilkin olaraq Sumqayıtın 70 illik yubileyi münasibətilə bir neçə müsabiqənin elanı yerləşdirilib. Elanda bildirilir ki, müsabiqənin qalibləri mütləq qaydada mükafatlandırılacaq! Elanın şərtləri aşağıdakılardır:
1.Sumqayıtla bağlı yeni mahnı müsabiqəsi.(1-ci, 2-ci və 3-cü yerə layiq görülən qaliblər oktyabr ayında mükafatlandırılacaq.Mükafat fondu sanballıdır!)
2.Sumqayıtla bağlı selfi-fotoşəkil müsabiqəsi. Qaliblər təntənəli yubiley tədbirləri bitənədək ayda bir dəfə, hər ayın sonunda mükafatlandırılacaq!
3.Sumqayıtla bağlı qısa hekayə müsabiqəsi.Hekayələr A 4 formatında, çapla yazılmış 5 qrankadan (səhifədən) artıq olmamalıdır. (1-ci, 2-ci və 3-cü yerə layiq görülən qaliblər oktyabr ayında mükafatlandırılacaq. Səhifəmiz tərəfindən seçilmiş hekayələr kitab halında çap ediləcək)
Səhifədə eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan, tanınmış sumqayıtlıların şəhər haqqında xatirələri, keçirilən tədbirlər, şəhərin turizm potensialı haqqında video-reportajlar, o cümlədən şəhər sakinləri və qonaqları maraqlandıran digər məlumatlar yerləşdiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər