“Sumqayıt”ın avrokubok matçının vaxtı dəyişdi

701

Sumqayıtın Konfrans Liqasındakı ilk oyunun vaxtında dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda rəqib Serbiyanın “Çukariçki” klubunun saytı məlumat yayıb. Bu komandalar arasında Konfrans Liqasının II təsnifat mərhələsinin iyulun 22-də səfərdə keçirilməli olan ilk oyunu bir gün əvvələ, iyulun 21-nə keçirilib.

Buna səbəb həmin gün ölkənin digər klubu “Partizan”ın da Konfrans Liqasında Slovakiyanın “Dunayska Streda” komandası ilə ev oyununa çıxmasıdır. UEFA-nın qaydalarına əsasən, bir ölkənin iki komandası eyni gündə evdə avrokubok matçı oynaya bilməz.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtdakı “Kapital Bank Arena”da olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər